Makrondan İDDİALI ÇIXIŞ

Ukrayna nizamlanması üzrə növbəti sammitlərdə Avropa Rusiya, ABŞ və Ukrayna ilə birgə danışıqlar masası arxasında olmalıdır.
Fransa prezidenti Emmanuel Makron belə hesab etdiyini açıqlayıb.
O, fikrini Bormes-les-Mimosas kommunasında (respublikanın cənub bölgəsindəki Var departamenti) II Dünya Müharibəsi zamanı ölkənin cənubunun nasist işğalından azad edilməsinin 81-ci ildönümü şərəfinə keçirilən mərasimdən əvvəl açıqlayıb.
Onun çıxışını Yelisey Sarayının X əhifəsində yayımlanıb: "Növbəti sammitlərdə təkcə Ukraynanın deyil, Avropanın da danışıqlar masası arxasında olması fikrini müdafiə etmək niyyətindəyəm. Rusiya və ABŞ-la birlikdə, çünki söhbət avropalıların təhlükəsizliyindən gedir".
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə Vaşinqtonda görüşündə Avropa liderləri “Ukraynanın maraqları ilə yanaşı, öz maraqlarını da müdafiə edəcəklər”: "Sabah biz ora təkcə Zelenskini müşayiət etmək üçün deyil, avropalıların maraqlarını müdafiə etmək üçün gedirik".//Musavat.com//



Digər xəbərlər

"Bild": Tramp əvvəlcə yalnız Zelenski ilə görüşəcək

Zaxarova Makronun açıqlamasına sərt cavab verdi

Paşinyan üzr istədi

Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi

Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəlini açıqlayıb
