Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək

09:00 / 18.08.2025
Oxunub: 699
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək.
Bununla bağlı İran xarici işlər nazirinin müavini Səid Xətibzadə türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşdə açıqlama verib.
Xətibzadə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının 9-cu iclasının keçiriləcəyini xatırladaraq, Ərdoğanın Tehrana planlaşdırılan səfərinin iki ölkə münasibətləri baxımından vacib əhəmiyyət daşıdığını bildirib.


