Şirniyyata olan həvəsin yeni səbəbi müəyyən edildi

09:15 / 18.08.2025 Oxunub: 796

Başqalarının şirniyyat yeməsinə baxmaq bu qidalara olan həvəsi artıra bilər ki, bu da beynin dopamin sisteminin işi ilə bağlıdır. Baylor Tibb Kollecinin tədqiqatçıları belə nəticəyə gəliblər.

Tədqiqat "Nature Communications" jurnalında dərc olunub.

Təcrübə zamanı alimlər siçanlara müxtəlif qidalar və şirniyyat veriblər. Elm adamları müşahidə ediblər ki, digər qidalardan fərqli olaraq, siçanlara şirniyyat verildikdə, birinin həvəsinə digərləri də aktiv şəkildə qidalanmağa başlayırlar. Heyvanlara dopamin reseptorlarını bloklayan dərmanlar verildikdə isə bu təsir itir.

Tədqiqatçılar qeyd ediblər ki, müasir dünyada şirniyyatların cazibədar görüntüləri insanları hər yerdə - reklamlarda, sosial şəbəkələrdə və ekranlarda əhatə edir.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ