Paşinyan üzr istədi

Ermənistanın baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin ruhanilərinə ünvanlanan ifadələrə görə üzr istəyib.
Müvafiq mesaj baş nazirin "Facebook" sosial şəbəkəsində dərc edilib.
"Korrupsiyanın qarşısının alınması üzrə komissiya mənim çıxışımda iki məlum epizodda davranış qaydalarının pozulmasını qeyd edib. Baxmayaraq ki, bəzi məqamlarla tam razı deyiləm, üzr istəyirəm", - Paşinyan yazıb.
Bundan əvvəl komissiya Paşinyan tərəfindən məmurların davranış kodeksini pozduğu qənaətinə gəlib. Təhqiqat Paşinyan Erməni Apostol Kilsəsinin ruhaniləri haqqında xoşagəlməz şərhlərin yer aldığı paylaşımından sonra başlayıb. Baş nazirin açıqlamaları linqvistik ekspertizadan keçirilib və müəyyən edilib ki, Paşinyanın paylaşımı söz seçimi baxımından kobud və ədəbsiz məna çalarlarına malikdir. //Oxu.az//



Digər xəbərlər

"Bild": Tramp əvvəlcə yalnız Zelenski ilə görüşəcək

Zaxarova Makronun açıqlamasına sərt cavab verdi

Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi

Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüşünün cədvəlini açıqlayıb

Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək
