Afrika ölkələri dünya xəritəsini dəyişmək istəyirlər

55 dövlətin daxil olduğu Afrika İttifaqı hökumətlərin və beynəlxalq təşkilatların Merkator adlanan dünya xəritəsindən istifadə etməyi dayandırmasına çalışır.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, 16-cı əsrdə flamand kartoqrafı Qerardus Merkator tərəfindən naviqasiya üçün yaradılan proyeksiya qitələrin ölçülərini təhrif edərək, Şimali Amerika və Qrenlandiyanı böyüdür, eyni zamanda, Afrika və Cənubi Amerikanı kiçildir.
Afrika Birliyi Komissiyasının sədr müavini Selma Malika Haddadinin sözlərinə görə, Merkator proyeksiyası Afrikanın bir milyarddan çox əhalisi olan dünyanın ikinci ən böyük qitəsi olmasına baxmayaraq, daha kiçik olduğu barədə yanlış təəssürat yaradır.
O, belə stereotiplərin mediaya, təhsilə və siyasətə təsir etdiyini vurğulayıb.
"Afrika xəritəsinin hazırkı ölçüsü səhvdir. Bu, dünyada ən uzun sürən dezinformasiya kampaniyasıdır və sadəcə olaraq dayandırılmalıdır", - deyə Haddadi bildirib.



Digər xəbərlər

AĞACAQANADLAR vasitəsi ilə virus yayılır: 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Türkiyədə meşə yanğınları davam edir: İki kənd təxliyə edildi

Dəhşətli ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü

Çində qadını əvəzləməyə qadir robot düzəldilib

Türkiyədə yayın əvvəlindən indiyədək beş mindən artıq meşə yanğını baş verib
