Məktəbəhazırlıq qrupları ilə bağlı mühüm AÇIQLAMA

16:30 / 12.08.2025
Oxunub: 70
Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib k, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.
"İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək", - məlumatda qeyd olunub.



Digər xəbərlər
Xəbər lenti
Ən çox oxunan

08:23
13 Iyul 2025
2119