Metan qazının təsiri ilə İraqda həlak olan Türkiyə əsgərlərinin sayı 12 nəfərə çatıb
 

14:11 / 07.07.2025 Oxunub: 53

 

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı zonasında Türkiyə ordusunun daha 4 türk hərbçisi metan qazının təsirinə məruz qalaraq həlak olub. Beləliklə, həyatını itirən hərbçilərin ümumi sayı 12-yə çatıb.

Bu barədə AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Nazirlik xatırladıb ki, 2022-ci il mayın 28-də terrorçuların atəşə tutması nəticəsində Türkiyə hərbçilərindən biri şəhid olub. “Bütün səylərə baxmayaraq, şəhid Nuri Melih Bozkurtun cəsədi tapılmayıb. Bu illər ərzində onun nəşinin axtarılması üzrə əməliyyat dayanmayıb və bununla əlaqədar olaraq terrorçuların fəal istifadə etdiyi daha bir mağaranın hərtərəfli yoxlanılmasına qərar verilib. Orada toplanan metan qazı 19 hərbçidən 12-sinin ölümünə səbəb olub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.



Digər xəbərlər

Xəbər lenti

06 Iyul 2025
03 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ