Metronun iş qrafiki DƏYİŞDİRİLDİ

14:15 / 11.08.2025 Oxunub: 107

Avqustun 12-də metro gücləndirilmiş rejimdə işləyəcək.

bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, Bakı metropoliteni "Qarabağ" futbol klubu və Şimali Makedoniya təmsilçisi "Şkendiya" arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək:

"Sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün:

- Xüsusi növbətçilik cədvəli tərtib olunacaq

- Stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq

- Sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq".



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ