“Naxçıvan Qaziləri” İctimai Birliyinə yeni sədr seçilib
“Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyətinin daha səmərəli təşkili, təşkilati məsələlərin müzakirəsi və birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə ümumi yığıncağı olub. Yığıncaqda gündəliyə daxil olan məsələlərin müzakirəsi aparılıb. Birliyin fəaliyyətinə dair hesabat dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Birliyin idarəetmə orqanlarının fəaliyyəti müzakirə edildikdən sonra sədrin, müavinlərin və digər rəhbər orqan üzvlərinin seçilməsi üçün səsvermə aparılıb. Səs çoxluğu ilə birliyin təsisçisi, Vətən müharibəsi qazisi Əli Əlisoy birliyin sədri seçilib.
Əli Əlisoy çıxış edərək bildirib ki, dövlətimizin dəstəyi ilə bundan sonra da ictimai birlik fəaliyyətini fəal şəkildə yerinə yetirəcək. Vətən üçün sağlamlığını qurban verən oğulların hüquqlarının qorunmasında dövlət orqanları ilə birlikdə addımlayacaq.
Sonda qazilərin hüquq və sosial məsələləri ilə bağlı təkliflər dinlənilib.


Digər xəbərlər
20 Sentyabr – tarixi Zəfərdən Böyük Qayıdışa
Dövlətçiliyimizin tarixi və milli iradəmizin təcəssümü
20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
"“İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova
Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu
Xəbər lenti
Ən çox oxunan
