Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
Sentyabrın 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.
Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 17-dək davam edəcək.


Digər xəbərlər
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA
Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar
Xəbər lenti
Ən çox oxunan
Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur