Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Kanal 20 TV xəbər verir ki, Sərəncama əsasən, görkəmli ədibin yubileyinin ölkə miqyasında geniş şəkildə qeyd olunması nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib, yubiley tədbirlərinin təşkili istiqamətində hazırlıq işlərinə başlanılıb.
Sənəddə qeyd olunur ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış, poeziyası ilə milli-mənəvi dəyərlərin təbliğinə böyük töhfə vermiş sənətkardır. Onun zəngin ədəbi irsi bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün örnək hesab olunur.
Yubiley çərçivəsində respublikanın müxtəlif bölgələrində elmi-praktik konfransların, ədəbi-bədii gecələrin və digər mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.


Digər xəbərlər
Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu
Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu
“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı
Maqadanda Novruz bayramı qeyd olunub
Krasnoyarskda Novruz bayramı qeyd olunub
