TƏCİLİ! İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra İran rəsmiləri diqqət mərkəzinə gəlib. İranın xarici işlər naziri Abbas Əraqçı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın telefon zənginə cavab olaraq bildirib ki, sülh sazişi çərçivəsində razılaşdırılan “dəhliz” İranın digər nəqliyyat marşrutlarına çıxışını məhdudlaşdırmamalıdır.
Əraqçı ölkələrin suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin qorunmasının vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, bu prinsiplərin təmin olunması İran üçün prioritetdir.
Ermənistan XİN başçısı Ararat Mirzoyan isə söhbət zamanı iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətlərinin qorunmasının önəmli olduğunu bildirib. Mirzoyan, Ermənistanın nəqliyyat marşrutları ilə bağlı qərarlarını qəbul edərkən regional sülh və sabitliyə, eləcə də İran və Ermənistanın maraq və narahatlıqlarına diqqət yetirəcəyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə yeddi bəndlik sülh sazişini paraflayıb. Sazişdə “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi də əhatə olunub.
Bu addımlar Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün mühüm bir mərhələ sayılır, lakin qonşu ölkələrin narahatlıqları və regional balansın qorunması məsələləri hələ də gündəmdə qalır. //Musavat.com//



Digər xəbərlər

Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Paraflanmış sülh sazişi nə deməkdir? - Parlamentari AÇIQLADI

Donald Tramp: "İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır"

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri AÇIQLANDI

Ukrayna bu əraziləri AZAD ETDİ: Ruslar sərhəddən qovuldu - FOTO

Ərdoğanla Zelenski ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib
Xəbər lenti
Ən çox oxunan
