Türkiyə Prezidenti rusiyalı və iranlı həmkarları ilə Yaxın Şərqdə vəziyyəti müzakirə edib

İyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İran prezidentləri ilə telefon danışığı aparıb.
AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin bəyanatına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə söhbətində İsrail ilə İran arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Türkiyə Prezidenti Ankaranın ilk gündən qarşılıqlı hücumları dayandırmaq üçün diplomatik səylər göstərdiyini vurğulayıb və əlavə edib ki, İran problemini həll etməyin yeganə yolu diplomatiyadır.
Türkiyə dövlətinin başçısı İran Prezidenti Məsud Pezeşkianla söhbətində ziddiyyətlərin tez bir zamanda aradan qaldırılmasına və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına töhfə verməyə hazır olduğunu bəyan edib.
Ərdoğan bildirib ki, Ankara Türkiyənin yerləşdiyi bölgədə sülhün və sabitliyin qorunmasına xüsusi diqqət yetirir.



Digər xəbərlər

İran dövlət televiziyası raket zərbəsinə məruz qalıb

İran İsrailə növbəti raket zərbəsi endirib

Rusiya XİN: Ruslar quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Britaniya XİN İrana və İsrailə müraciət edib
Xəbər lenti
Ən çox oxunan
