Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Azərbaycanda iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 23-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti, dağlarda gecə 6-10°, gündüz 10-15° isti olacağı bildirilir.



Digər xəbərlər

Müğənni Dəniz Əsədova həbsdə qalıb, şikayəti təmin edilməyib

Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb

Sahilboyu ərazilərdə növbəti profilaktik tədbirlər həyata keçirilib

İyulun sonuncu gününə gözlənilən hava proqnozu açıqlanıb

Astronomlar: 2027-ci ildə rekord müddətə Günəş tutulması olacaq

Son altı ayda məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib
Xəbər lenti
Ən çox oxunan
