Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Kardioloqlarının II Qurultayı və Qazaxıstan kardioloqlarının XVII Qurultayı keçirilib.
Ötən ilin aprelində Bakıda təşkil edilmiş I Türk Dövlətləri Kardioloqlarının Qurultayının davamı olaraq keçirilən II Qurultayın məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiya mütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaq, kardiologiya sahəsində yenilikləri işıqlandırmaq olub.
Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru professor Gülnaz Dadaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Gülnaz Dadaşova Türk Dövlətləri Kardioloqlarının II Qurultayının sədrliyini təntənəli şəkildə Qazaxıstan tərəfinə təqdim edib. Professor qurultayın vacibliyindən danışıb, Türk dövlətləri arasında səhiyyə sahəsində də əlaqələrin möhkəmləndiyini vurğulayıb.
Professorun sədrliyi ilə keçən “Türk Dövlətləri Kardioloqlarının Qurultayı” adlı sessiyada o, “Kardiologiyada nailiyyətlər: Azərbaycanda əlçatanlığın və innovasiyanın genişləndirilməsi”, ETKİ-nin elmi katibi tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova “Ekologiya - ekoloji risk faktorları və ürək-damar xəstəlikləri” və tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev “Azərbaycanda TAVİ-nin tətbiqi. Keçid səhiyyə sistemində strateji və sistemli perspektiv” mövzularında çıxış ediblər.
Tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus, Almaniya, İtaliya, Portuqaliya və Avstraliyadan olan yüzdən çox görkəmli mütəxəssisi - aparıcı kardiologiya məktəblərinin və tədqiqat mərkəzlərinin nümayəndələrini bir araya gətirib. Qurultayın proqramı arterial hipertenziyadan tutmuş kardiogenetikada ən son yanaşmalara və süni intellektin tətbiqinə qədər geniş spektrli aktual məsələləri əhatə edib.



Digər xəbərlər

Müğənni Dəniz Əsədova həbsdə qalıb, şikayəti təmin edilməyib

Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb

Sahilboyu ərazilərdə növbəti profilaktik tədbirlər həyata keçirilib

İyulun sonuncu gününə gözlənilən hava proqnozu açıqlanıb

Astronomlar: 2027-ci ildə rekord müddətə Günəş tutulması olacaq

Son altı ayda məişət zorakılığı ilə bağlı 40 mühafizə orderi verilib
Xəbər lenti
Ən çox oxunan
