Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayırmış...HƏBS EDİLDİ
Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan, onunla münasibətdə olan 19 yaşlı şəxs həbs edilib.
KANAL 20 TV musavat.com-a istinadən xəbər verir ki, Gülər (ad şərtidir) 8-ci sinifdə təhsil aldığı zaman 19 yaşlı Orxanla (ad şərtidir) tanış olub.
Onlar bir-birlərini sevərək ər-arvad kimi yaşamaq istəyiblər. Ailələr razı olsa da, qızın 13 yaşı olmasına görə toy edə bilməyiblər.
Gülər Orxanın evinə gedərək onunla yaşamaq istədiyini deyib. Həmin gündən onlar ər-arvad münasibətində yaşamağa başlayıblar.
Orxanın dediyinə görə, Gülərin 13 yaşı olmasını bilməyib və onun şəxsiyyət vəsiqəsini görməyib. Gülər də Orxanı günahkar biməyərək yaşını gizlətdiyini etiraf edib. Əlavə edib ki, şəxsiyyət vəsiqəsi anasında olduğu üçün Orxana göstərməyib.
Hər iki şəxsin valideynləri məhkəmədə şahid qismində dindirilib. Onlar bir-birlərindən şikayətçi olmayıb və Orxanla Gülərin birlikdə yaşamasından xəbərdar olduqlarını deyiblər.
Məhkəmə Orxanı 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib. Hökmə əsasən, Orxan 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Bakı Şəhər DYP sürücülərə və piyadalara dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Deputat Günay Ağamalının qəzaya düşdüyü iddia olunur
Fəzail Ağamalı vəfat edib
Çinin Şansi əyalətində biotexnologiya zavodunda partlayış: 8 ölü
Şimali Suriyada Şiddətli Yağışlar: 3 Ölüm, Onlarla Ailə Təxliyə Olundu
Xəbər lenti
Ən çox oxunan