Xalq artisti vəfat edib

KANAL 20 TV APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.
O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.
Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.



Digər xəbərlər

“Vüsal 300” barəsində cinayət işi başlanıldı- Ofisi möhürləndi

“Mən subay deyiləm” - Ayandan ŞOK AÇIQLAMA

Müdafiə Nazirliyindən əsgər valideynlərinə ÇAĞIRIŞ

Nizami rayonunda şəhid və qazi övladları üçün Bilik Günü münasibətilə tədbir keçirilib

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
