Zelenski Britaniyanın yeni XİN başçısı ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni xarici işlər naziri İvett Kuperlə görüşündə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini müzakirə edib.
Bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.
"Bu gün Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Ukraynaya ilk rəsmi səfərindədir. Yeni nazirin ilk səfərinin məhz Ukraynaya olması faktına görə ona təşəkkür edirəm. Bu, həqiqətən də güclü dəstək siqnalıdır", - o vurğulayıb.
Tərəflər, həmçinin mühüm məsələləri – koalisiya çərçivəsində növbəti addımları, güclü Ukrayna ordusuna vurğu ilə təhlükəsizlik təminatlarının hazırlanmasını, gələcək müdafiə dəstəyini, Böyük Britaniyada Ukrayna üçün dron ələkeçiricilərinin istehsalını, hava hücumundan müdafiənin gücləndirilməsini və uzaqmənzilli silahların imkanlarının genişləndirilməsini müzakirə ediblər.
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketinə görə Böyük Britaniyaya təşəkkür edib və Rusiya hərbi maşınına təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Kiyevə maliyyə yardımını, o cümlədən qış dövrünə hazırlıq üçün 142 milyon funt sterlinq ayrıldığını qeyd edib.



Digər xəbərlər

Ayyüce Türkeş: TDT-nin Azərbaycandakı sammiti Türk dünyasının gələcəyi üçün dönüş nöqtəsi olacaq

Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb - YENİLƏNİB

Türkiyə, İran və İraq liderləri Dohada fövqəladə sammitə qatılacaq

Əli Əsədov nazirlərə tapşırıqlar verdi - Fotolar

Ərəb və islam ölkələri İsrailin Qətərə zərbə endirməsinə qarşı qətnamə hazırlayır
jpg-1757765685.jpg)