Qızıma kirayə ev axtarırıq, bizim imkanımız olsaydı... — Fərqanə Qasımova

"Alim müəllim düz deyib, dostunundur. Belə yalan xəbərləri yaymağa sizlər vasitəçi olmayın. Ayıbdır o boyda insandan. Siz onun sənətindən, verdiyi həyat mücadiləsindən, sənəti üçün nələri fəda verdiyindən danışın, etdiyi xeyirxahlıqlardan danışın. Alim müəllim sənətindən qazandığı pulları kasıb insanlara köməklik edib həmişə”.
Bunu Demokrat.az-a açıqlamasında Əməkdar artist Fərqanə Qasımova deyib.
O bildirib ki, Alim müəllim 10 milyonluq evdə yaşamalıdır, çünki o, Azərbaycanın muğam səfiridir:
“Qızım ailə qurur, onlara kirayə ev axtarırıq. Belə imkanımız olsaydı, kirayə niyə axtarırıq? Bu bir. İkincisi də, dünənki oxuyanların bağı, bağçası, villası var. 70 yaşlı sənətkarların nəyi var, nəyi yox, onları maraqlandırmasın. Türk oxuyanların şəxsi təyyarələri var. Mən hər dəfə namazda dua edəndə bu xəbərləri yayanlara qarğış tökürəm. Kim mənim, atamın haqqında yalan şeylər yayırsa, Allahın bəlasına gəlsin. Kimə daş atırsınız atın, bizim ailəyə daş atmayın. Dövlət başçımız, dəyərli Prezidentimiz və muğama xüsusi dəyər verən hörmətli Mehriban xanım hər zaman Alim müəllimin hörmətini əziz tutublar”.



Digər xəbərlər

Çindən Azərbaycana yola düşən qatar Bakıya ÇATDI
jpg-1757406705.jpg)
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanların NƏZƏRİNƏ

"Azərpoçt" Kəlbəcərdə fəaliyyətə başlayıb

Prezident İlham Əliyev: COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb

Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır

Prezident: Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir
Xəbər lenti
Ən çox oxunan
