Polisdən Bakıda ƏMƏLİYYATLAR: Saxlanılanlar arasında qadın da var

16:45 / 09.09.2025 Oxunub: 1788

Nərimanov və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxil İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.

Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə