Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovla Zərdab rayonunda keçirilən vida mərasimi başa çatıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, A.Abbasovun nəşi Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
12:33
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.



Digər xəbərlər

Qaz olmayacaq
jpg-1747392650.jpg)
Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib

Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmov dəfn edilib

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Güclü külək olacaq - XƏBƏRDARLIQ
