Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmov dəfn edilib 

16:00 / 16.05.2025 Oxunub: 436

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovla Ağcabədi şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:09

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.



Digər xəbərlər

Xəbər lenti

16 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ