10 ildir aliment ödəməyən şəxs axtarışla tutuldu - Bu cəzanı aldı

16:45 / 10.08.2025 Oxunub: 207

37 yaşlı şəxs 10 ildir aliment ödəmədiyi üçün həbs edilib.

Rasim (ad şərtidir) 2015-ci ildə həyat yoldaşından ayrıldıqdan sonra iki övladına görə aylıq aliment ödəməli imiş.

Lakin bu müddət ərzində heç bir ödəniş etməyib.

Onun hazırda yığılan aliment ödənişləri üçün 16 min manatdan çox borcu var.

Xırdalan qəsəbəsində qeydiyyatda olan Rasimin uzun müddət olduğu yeri də müəyyənləşdirmək mümkün olmayıb. Onun barəsində axtarış elan edilib.

Axtarışlardan sonra saxlanılan Rasim məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Rasim bir ay müddətinə inzibati qaydada həbs edilib.

 



Digər xəbərlər

Xəbər lenti

12 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ