Xaçmazda DƏHŞƏTLİ HADİSƏ: Yaralananlar var

15:30 / 10.08.2025 Oxunub: 917

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

12 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ