ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır
 

10:38 / 24.08.2026 Oxunub: 86

 

ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı “maliyyə hücumu”na başladığını elan edib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, ölkənin maliyyə naziri Skott Bessent bu addımı münaqişənin “son mərhələsi” kimi qiymətləndirib və 24 avqust tarixini həlledici “D” günü adlandırıb. Nazirin sözlərinə görə, Prezident Donald Trampın rəhbərliyi altında düşmənə qarşı indiyə qədər görünməmiş miqyasda ən böyük iqtisadi təzyiq mexanizmləri, o cümlədən əvvəllər istifadəsinə ehtiyac duyulmayan bütün dövlət strukturları və səlahiyyətləri tam aktivləşdirilib. Tramp daha əvvəl Tehrana qarşı amansız “iqtisadi müharibə və təcrid” siyasətini bəyan edərək, İrana hər hansı formada dəstək verən xarici maliyyə qurumlarını, biznesləri, hava limanlarını və dövlət orqanlarını ABŞ-nin ciddi sanksiyaları ilə hədələmişdi.

Rəsmi Tehran isə Vaşinqtonun bu hərəkətlərinə kəskin reaksiya verib.



Digər xəbərlər

Xəbər lenti

18 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ