Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
 

11:57 / 17.08.2026 Oxunub: 206

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında bildirilib.

Paylaşımda, həmçinin qeyd olunub: “20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”.



Digər xəbərlər

Xəbər lenti

17 Avqust 2026
14 Avqust 2026
08 Avqust 2026
06 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ