Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır
Kiyev və Helsinki Ukrayna və Avropanın ehtiyacları üçün Finlandiyada pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair sənədlər imzalayıblar.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 23-də öz “Telegram” kanalında məlumat verib. Zelenski bildirib ki, yerli şirkətlər Finlandiyada dronların hazırlanması və istehsalı ilə bağlı rəsmi razılıq əldə ediblər. Onun sözlərinə görə, tərəflər dəniz dronlarının istehsalında imkanları genişləndirmək, həmçinin yerüstü robot sistemlərinin istehsalı üçün müştərək müəssisələr yaratmaq barədə razılığa gəliblər. Ukrayna lideri bu tərəfdaşlığın ölkəsinin döyüş təcrübəsi ilə Finlandiyanın qabaqcıl texnologiyalarını birləşdirəcəyini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl "Politico" qəzeti Pentaqonun Ukraynaya silah tədarükündə aparıcı rolundan imtina edəcəyini yazmışdı. Avqustun 16-da isə ABŞ-nin bir neçə departament və agentliyinin Ukraynaya silah tədarükü ilə bağlı eyni vaxtda 49 araşdırma apardığı məlum olub.


Digər xəbərlər
Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır
Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq
Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır