Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub.
AZƏRTAC xəbər verir ki, layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti sahələrində 10 mindən çox işçi çalışır. “Yeni Daşkənd”də tətbiq edilən mühüm innovativ həllərdən biri elektrik enerjisinin istehsalı, istilik və soyutma proseslərinin vahid texnoloji zəncir çərçivəsində idarə olunduğu trigenerasiya texnologiyasıdır.
Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət mərkəzləri, biznes kompleksləri, turizm obyektləri, “Yeni Özbəkistan” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi inşa edilir. Burada inşa olunan “Şərq Baharı” kompleksi Mərkəzi Asiyanın ən iri yaşayış layihələrindən biri olacaq. Ərazisi 95 hektar olan kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır.


Digər xəbərlər
Türk dünyasının güclənməsinə doğru
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar