ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırıb

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini faktiki olaraq dayandırıb.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətlərə fasilə verilməsini tələb edən təlimat göndərib.
Nəticədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dayanıb.
Eyni zamanda, K.Livittin müavini Anna Kelli məsələ ilə bağlı verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib.
Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər qoyub. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.



Digər xəbərlər

Prezident milli komandanın üzvlərini qəbul etdi

Türkiyə və Azərbaycan mediası ilə bağlı önəmli müzakirələr-fotolar

Bakı-Ankara əməkdaşlığı genişlənir: ekspertlər yeni hədəfləri müzakirə etdi

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib

Xankəndi, Xocalı və Ağdərədə ermənilər...
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)