Çempionlar Liqasının finalını bu kanallardan izləyə biləcəyik

12:45 / 31.05.2025
Oxunub: 155
Çempionlar Liqasının bugünkü final oyununa Azərbaycan və Türkiyə telekanalları vasitəsilə baxmaq mümkün olacaq.
Finalda İtaliyanın “İnter” və Fransanın PSJ klubları qarşılaşacaq.
Oyunu Azərbaycanda “CBC Sport” kanalı, Türkiyədə isə “TRT-1” kanalı canlı yayımlayacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


