Blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və keçmiş rektor Elşad Abdullayev barəsində qiyabi həbs qərarı verilib

17:15 / 02.06.2025 Oxunub: 90

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

KANAL 20 TV APA-ya istinadən məlumat verir ki, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Məlumata görə, Baş Prokurorluğun istintaq idarəsi tərəfindən istintaqa çağırılan digər şəxslər barəsində də mərhələli şəkildə qiyabi həbs qərarları veriləcək.



Digər xəbərlər

Xəbər lenti

03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ