Çində daşqınlar nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
 

18:03 / 26.07.2026 Oxunub: 470


Çinin şimal-qərbindəki Qansu əyalətində leysan yağışları nəticəsində azı 10 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Dinsi şəhər dairəsinin Veyyuan qəzasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bazar günü gündüz saatlarında Qansu əyalətində turizm bölgəsinə yağan güclü leysan yağışları daşqına səbəb olub. Son məlumatlara görə, bunun nəticəsində 10 nəfər həlak olub, 23 nəfər yaralanıb", - məlumatda bildirilib.

Daşqınlar nəticəsində həmin dairədə düşərgə salan bir neçə turist köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində polis əməkdaşları, yanğınsöndürənlər və digər fövqəladə xidmət işçiləri çalışır. Axtarış-xilasetmə əməliyyatı davam edir.



Digər xəbərlər

Xəbər lenti

08 Avqust 2026
06 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
29 Iyul 2026
28 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ