Dəhşətli ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü

15:30 / 16.08.2025 Oxunub: 38

Avqustun 14-də axşam saatlarında İranın Gülüstan əyalətinin Amol şəhərində ailə faciəsi baş verib. Ailə başçısı həyat yoldaşını və iki övladını güllələyərək qətlə yetirib.

 Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, qatil daha sonra qayınatası, iki baldızı, bacanağı və onun azyaşlı oğlunu da öldürüb. Hadisədə daha üç nəfər ağır yaralanıb.

Qeyd olunur ki, təqsirkar cinayəti törətdikdən sonra canına qəsd edib. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi açıqlanıb. //Oxu.az//



Digər xəbərlər

Xəbər lenti

16 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ