Akar: Ukraynadan yola çıxan ilk gəmi İstanbula sabah çatacaq
 

14:05 / 01.08.2022 Oxunub: 1495

Ukraynadan yola çıxan taxıl yüklü ilk gəmi böyük ehtimalla avqustun 2-də Ankara vaxtilə saat 15:00 radələrində İstanbulun Boğaziçi sahillərində lövbər salacaq. Birgə nümayəndə heyəti yükü yoxlayacaq. Bu protokol bütün gəmilərə şamil olunacaq.

Kanal 20 TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Anadolu Agentliyinə açıqlamasında bildirib.

Bu məsələnin öz həllini tapmasının çox vacib olduğunu deyən nazir bildirib ki, burada söhbət Rusiya-Ukrayna böhranı ilə əlaqədar limanlarda gözləyən 25 milyon tondan çox taxıldan gedir. İlk gəminin yola çıxmasının ardınca növbəti gəmilər də heç bir problem olmadan eyni şəkildə hərəkət edəcəklər. Qlobal ərzaq problemi miqrasiyaya səbəb ola biləcək səviyyəyə yüksəlib. Bu, Afrikadan Avropaya və Türkiyəyə ciddi miqrasiya dalğası gətirə bilər. Bu məsələnin həll edilməsi vacibdir.

Türkiyənin Ukrayna ərazisində qalan iki hərbi təyyarəsi barədə də danışan nazir bildirib ki, heyətlər gözləyir və təyyarələrə xidmət göstərilib. Hava gəmilərinə təxribat cəhdi ola biləcəyi ehtimalı ilə əlaqədar hələlik gözləyirik. Ən münasib vaxtda təyyarələrimizi geri gətirməyi planlaşdırırıq.

Türkiyənin terrorla mübarizəsinə toxunan Hulusi Akar qeyd edib ki, ölkəsinin əsas prinsipi son terrorçu məhv edilənə qədər bu mübarizəni davam etdirməkdir. Bu il yanvarın 1-dən indiyədək 2226 terrorçu zərərsizləşdirilib. Bu günə qədər 24 min 435 FETÖ üzvü ölkədən çıxarılıb. Onlardan 2754-nün rütbəsi alınıb.



Digər xəbərlər

Xəbər lenti

22 May 2026
21 May 2026
20 May 2026
18 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ