İraqda Türkiyə hərbçisi şəhid olub
 

09:24 / 22.06.2022 Oxunub: 1531

İyunun 21-də İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında Türkiyə Silahlı Qüvvələrinin çavuşu Sercan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub.

Kanal 20 TV  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.



Digər xəbərlər

Xəbər lenti

22 May 2026
21 May 2026
20 May 2026
18 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ