WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq işləri və tədbirin proqramı ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksəksəviyyəli qonaqların işçi qrupları ilə brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, WUF13-ün keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilən brifinqdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gəlmiş rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 150-yə yaxın xarici qonaq iştirak edib.
Brifinqdə iştirak edən diplomatlara tədbirin proqramı təqdim edilib, Bakıya səfər edəcək dövlət və hökumət heyətləri üçün nəzərdə tutulan təhlükəsizlik, qarşılanma və nəqliyyat məsələlərinə dair protokol prosedurları barədə məlumat verilib. Həmçinin rəsmi heyətlə gələn mətbuat xidmətləri və media qurumlarının nümayəndələri üçün akkreditasiya prosedurları, eləcə də rəsmi tədbirlərdə iştirak qaydaları barədə məlumat verilib.
Eyni zamanda, Heydər Əliyev adına Beynəlxalq Aeroportun tədbir müddətində fəaliyyət planı, şəhərdaxili nəqliyyatın təşkili və əsas rəsmi tədbirlər haqqında da diplomatlar məlumatlandırılıblar.
Bildirilib ki, indiyədək 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib ki, bu da artıq Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricidir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri bildiriblər ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionu 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) tam hazırdır. Eyni zamanda, WUF13-ün Azərbaycanın ev sahibliyi ilə təşkil olunacaq növbəti uğurlu tədbir olacağına əminlik ifadə edilib.
Tədbirdən sonra brifinq iştirakçıları üçün məkan üzrə tur təşkil olunub. Baxış zamanı yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün nəzərdə tutulan xüsusi zonalar, dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahələri və qidalanma xidmətləri üçün ayrılmış məkanlar barədə məlumat verilib.


Digər xəbərlər
Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
Kobaxidze: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib