Almaniyada “Amazon”a 59 milyon avro cərimə tətbiq olunub

16:58 / 05.02.2026 Oxunub: 1543

Almaniyada “Amazon” şirkətinə qanunsuz qiymət siyasəti tətbiq etdiyi iddiası ilə 59 milyon avro məbləğində cərimə kəsilib.

Kanal 20 TV xəbər verir ki, xarici mediaya istinadən yayılan məlumata görə, araşdırmalar zamanı platformanın üçüncü tərəf satıcılarının qiymətlərinə müdaxilə etdiyi müəyyən edilib.

Bildirilib ki, “Amazon” məhsul qiymətlərini “yüksək” hesab etdiyi hallarda həmin məhsulları satışdan çıxarıb və ya platformada görünürlüğünü məhdudlaşdırıb. Bu isə satıcıların qiymət təyin etmə azadlığını sıxışdıran şəffaf olmayan mexanizmlər kimi qiymətləndirilib.

Qeyd olunur ki, Almaniyada onlayn satış bazarının təxminən 60%-ni özündə cəmləşdirən “Amazon”un bu addımları rəqabət qaydalarının pozulması kimi dəyərləndirilib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə