Şimali Suriyada Şiddətli Yağışlar: 3 Ölüm, Onlarla Ailə Təxliyə Olundu

19:19 / 08.02.2026 Oxunub: 838

Suriyanın şimal-qərb bölgələrində, xüsusən Latakiya, İdlib və Hama əyalətlərində baş verən şiddətli yağışlar ciddi daşqınlara səbəb olub.

Kanal 20 TV-yə SANA-ya istinadən verilən məlumata görə, hadisə nəticəsində Suriya Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü və iki uşaq həyatını itirib. Eyni zamanda, xilasetmə işləri aparan dörd nəfər yaralanıb.

Məlumatda bildirilir ki, Latakiyanın kəndlərində xilasetmə əməliyyatları zamanı könüllü həlak olub. Onlarla ailə isə daşqınlardan təhlükəsiz ərazilərə təxliyə edilib. Qeyd edək ki, bir gün əvvəl Latakiyanın şimalında yerləşən Ayn-İssa rayonunda iki uşaq da həyatını itirmişdi.

Hadisə bölgədə humanitar vəziyyətin yenidən diqqət mərkəzinə gəlməsinə səbəb olub.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə