Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb.
AZƏRTAC xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunq” təşkilatının üzvü idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Digər xəbərlər

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası keçirilib

Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

DİN: Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb

Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib

DİN: Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
Xəbər lenti
Ən çox oxunan
