Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları fonunda beynəlxalq vəziyyətin pisləşməsindən narahatlığını bildirib.
“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları nəticəsində beynəlxalq vəziyyət sürətlə pisləşir və dünyanın bizim hissəsində yerləşən dövlətlərin təhlükəsizliyi üçün təhlükəli nəticələr verir”, - rəsmi bəyanatda deyilir.
Xəzəryanı dövlət olan Qazaxıstan İranla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayır. XİN-in bəyanatında qeyd olunur ki, bütün fikir ayrılıqları, o cümlədən nüvə məsələləri danışıqlar yolu ilə və BMT nizamnaməsinə ciddi uyğun olaraq həll edilməlidir.
Qazaxıstan tərəfi həmçinin maraqlı ölkələri nüvə silahının yayılmasının qarşısının alınmasına və beynəlxalq nəzarət altında yayılmama rejiminə əməl edən dövlətlər üçün təhlükəsizlik təminatlarının təmin edilməsinə yönəlmiş beynəlxalq saziş hazırlamağa çağırıb.



Digər xəbərlər

ABŞ Hörmüz boğazı ilə bağlı hərbi tədbirləri istisna etməyib

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil

İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib

KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb

Britaniyalı nazir: ABŞ-nin İrana endirdiyi zərbələrdə iştirak etməmişik

İranın İsrailə raket zərbələri nəticəsində 86 nəfər yaralanıb
Xəbər lenti
Ən çox oxunan
