DİN: Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq
 

23:59 / 18.06.2025 Oxunub: 1220

 

Polis əməkdaşları məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirlərini davam etdirirlər. Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

“Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq, belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur”, - deyə DİN-in məlumatında qeyd olunub.



Digər xəbərlər

Xəbər lenti

13 Mart 2026
11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə