Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 38, Zaqatalada 31, Sarıbaşda (Qax) 15, Daşkəsəndə 5, Şəki, Göygöl və Gədəbəydə 3, Naxçıvan, Ordubad, Gəncə, Naftalan, Şəmkir, Oğuz, Şahdağ, Tərtər, Yevlax, Sabirabad, Ağstafa, İsmayıllı, Lənkəran, Mingəçevir, Astara, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1 millimetrdir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Naftalanda 22, Mingəçevirdə 20, Tərtərdə 16, Bərdə, Culfa, Şəkidə saniyədə 15 metrədək güclənib. Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan Muxtar Respublikasında 31, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.



Digər xəbərlər

Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib

Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA

"Reuters": İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb
