Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib

Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
"Report" xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.
Məlumatı "Report"a vəkillər Asim Abbasov və Cavidan Osmanlı təsdiq edib.
Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.



Digər xəbərlər

Ağdamda gənclər üçün məşğulluq və karyera mövzusunda maarifləndirici seminar keçirildi

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb RƏSMİ

İyulun 10-u Ümumdünya Hüquq Günüdür

Zaqatala şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib

Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana dili” qiraət müsabiqəsi keçiriləcək

Bu gün 41 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı verəcək
Xəbər lenti
Ən çox oxunan

Zaqatala şəhərində “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib
