Aytən Səfərova: "Oğluma deyiblər ki, anandan pul götür gəl"

14:30 / 02.06.2025 Oxunub: 71

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib.

O, övladının başına gələn hadisədən danışıb:

"Nə dərəcədə sırtlıq baş alıb gedir. Övladım məhləyə düşəndə o qədər tərbiyəsiz uşaqlar olur orada. 10-12 yaşlı yeniyetmələrdir. Oğlumun isə 9 yaşı var. Atası o uşaqların atası ilə gedib danışdı. Abırlarını "ətəklərinə büküb" göndərdi. Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər. Mənim uşağım aqressiyaya eyni cavabı verib. Özü də artıqlaması ilə. Oğlum onların topu ilə futbol oynamaq istəyib. Qəsdən də uduzurlar. Sonra ona deyirlər ki, anandan pul götür gəl. Həyat yoldaşım bildi, uşaqların atasını çağırtdırdı. Ayıbdır!"



Digər xəbərlər

Xəbər lenti

03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ