Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib
İyulun 9-da Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. BƏƏ ilə strateji əlaqələrin bir hissəsi kimi iqtisadi şaxələnmə və rifahı artırmağı hədəfləyən Sazişin qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.
CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Sazişə görə, mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir. Sənəddə tərəflər arasında ticarətdə mal nomenklaturunun 90 faizdən yuxarı hissəsi üzrə tariflərin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.
Sənəd, həmçinin kiçik və orta biznesin dəstəklənməsini, müxtəlif iqtisadi sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Bu isə iki ölkə arasında strateji münasibətlər çərçivəsində şaxələndirməni, birgə iqtisadi artımı və rifahı təşviq edir.
Saziş ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır.


Digər xəbərlər
Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Şuşada 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur
Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb
Bu il “Azərtütün” tərəfindən şimal-qərb rayonlarında 813 hektar sahədə tütün əkilib
Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib