Bakı Metropolitenində nə baş verir? BİABIRÇILIQ

Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr olub – sərnişinlər platformalarda gözləməyə məcbur qalıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq şəhərdə keçirilən tədbirlərə görə metropolitendə sıxlıq yaşanıb. Axşam saatlarında metrodan istifadə edən sərnişinlər ciddi çətinliklərlə üzləşiblər.
Qatarlar arasında intervalın 10 dəqiqəyə qədər artması nəticəsində minlərlə sərnişin platformalarda sıxlıq şəraitində gözləməli olub. Gecə saat 00:00 radələrində isə stansiyalarda insanlar platformalardan çıxarılıb, qatarların hərəkəti tamamilə dayandırılıb.
Bakı Metropoliteni isə 1 iyun tarixində gözlənilən sərnişin sıxlığını nəzərə alaraq heç bir əlavə tədbir görməyib. Sərnişin axınının artacağı əvvəlcədən məlum olsa da, metropolitenin bu vəziyyətə hazır olmadığı aydın şəkildə üzə çıxıb.



Digər xəbərlər

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial və maarifləndirmə aksiyaları keçiriləcək

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib
jpg-1748869366.jpg)
Blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və keçmiş rektor Elşad Abdullayev barəsində qiyabi həbs qərarı verilib

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - İyunun 2-5-də...

Külək güclənəcək - XƏBƏRDARLIQ
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)