Azərbaycan Prezidenti Mərakeş Kralını təbrik edib
 

13:29 / 30.07.2025 Oxunub: 1140

 

Prezident İlham Əliyev iyulun 30-da Mərakeş Krallığının milli bayramı münasibətilə bu ölkənin Kralı VI Məhəmmədə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda İslam həmrəyliyinin, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin bizim üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

“Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə