Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Prezidentinin 2026-cı il 7 noyabr tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Qızılı yarpaqlar Daşkəndə nağıl ovqatı bəxş edib – FOTOLAR
9 minə yaxın bağça müəllimi sertifikatlaşdırmadan keçəcək
Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı
Xəbər lenti
Ən çox oxunan