İki pis xəbər var

13:00 / 01.09.2025 Oxunub: 197

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb liderlərinə qarşı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Medvedev Fransa Prezidenti Emmanuel Makronu və Almaniya kansleri Olaf Mertzi hədəfə alaraq, onları “İkinci Dünya müharibəsinin dərslərini unutmaqda” ittiham edib. O, Makronu “qisas almaq istəyində olan”, Mertzi isə “qapıda duran yırtıcıdan qorxan xoruz” kimi təsvir edib.

Rusiya rəsmisi bildirib ki, bu siyasətçilərin davranışları 1945-ci ilin nəticələrinə bənzər nəticələr doğura bilər: “Onları da yalnız dişlərinə görə tanıya bilərlər”.

Medvedev paylaşımına əlavə edib:

“İki pis xəbər var:

Tramp sağdır.

Rusiya irəliləyir”.



Digər xəbərlər

Xəbər lenti

03 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ