“Microsoft” Fransada əməkdaşlarının 10 faizini ixtisar edir
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” qlobal miqyasda başlatdığı ixtisar proqramı çərçivəsində Fransadakı işçilərinin 10 faizini, yəni təxminən 200 nəfəri işdən azad edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Microsoft”un Fransada təxminən 2 min əməkdaşı var.
Bildirilir ki, bu ixtisarlar şirkətin əməliyyat effektivliyini artırmaq və uzunmüddətli inkişafı təmin etmək məqsədi daşıyan daha geniş bir qlobal strategiyasının tərkib hissəsidir. Bu kütləvi ixtisarların məqsədi təkcə say azaldılması deyil, strukturun yenidən təşkili, bəzi menecer və fərdi işçi postlarının bağlanması və yeni postların açılmasıdır.
Bu ixtisar qərarları “Microsoft”un süni intellektin (AI) işə inteqrasiyasını genişləndirməsi ilə eyni vaxta təsadüf edir. Bir çox analitiklər hesab edirlər ki, AI-nin tətbiqi şirkətin işçi ehtiyaclarını dəyişdirir.
“Microsoft”un baş direktoru Satya Nadella bu ilin aprel ayında bildirib ki, şirkət daxilində yazılan proqram kodlarının 20-30 faizi artıq süni intellekt tərəfindən yaradılır. Bu isə insan resurslarına olan ehtiyacın bəzi sahələrdə azalmasına səbəb olur. “Microsoft”un bu qərarı təkcə Fransaya aid deyil. Şirkət iyul ayında qlobal miqyasda 9 min nəfərə qədər, may ayında isə 6 min əməkdaşını ixtisar edəcəyini açıqlamışdı.
“Microsoft”un Fransada həyata keçirdiyi bu ixtisarlar, yalnız iqtisadi səmərəlilik deyil, həm də texnoloji transformasiya və işçi resurslarının yenidən qurulması ilə bağlı daha böyük bir strategiyanın tərkib hissəsidir. Süni intellektin yüksəlişi fonunda belə dəyişikliklərin digər texnoloji şirkətlər tərəfindən də davam etdirilməsi gözlənilir.


Digər xəbərlər
İran müharibə başlayandan bəri ilk dəfə “Sejjil” superağır raketindən istifadə edib
XIII Qlobal Bakı Forumu başa çatıb
Tramp İranın Səudiyyə Ərəbistanına hücumunda ABŞ təyyarələrinin zədələnməsi xəbərini təkzib edib
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
SEPAH ABŞ-ın İranın adasına zərbə endirməsindən sonra BƏƏ-ni genişmiqyaslı hücumlarla hədələyib
İranlı deputat Ukrayna ərazisinin qanuni hədəf olduğunu deyib
Xəbər lenti
Ən çox oxunan
Azərbaycan XIN: İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır